Əksər almanlar bədbindirlər, onlar vəziyyətin növbəti beş ildə daha da pisləşəcəyini və uzun sürən iqtisadi böhranla üzləşəcəklərini deyirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Der Spiegel” qəzeti xəbər verir ki, bunu Civey İctimai Rəyin Öyrənilməsi İnstitutunun araşdırması sübut edir.
Beləliklə, sorğunun nəticələrinə görə, almanların 71 faizi ölkənin iqtisadi səviyyəsinin aşağı düşəcəyini gözləyir. Digər 11 faiz isə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə əmindir. Bundan əlavə, respondentlərin 36 faizi enerji və ərzaq qiymətlərinin artması səbəbindən şəxsi vəziyyətlərinin pisləşdiyini bildirib.
Hazırda sorğu iştirakçılarının 58 faizi iqtisadi vəziyyəti 2017-ci ilin may ayında müvafiq monitorinqin başlanmasından bəri ən pis vəziyyət kimi qiymətləndirir.
Qeyd edək ki, bir müddət bundan əvvəl Deutsche Wirtschafts Nachrichten (DWN) enerji böhranı ilə əlaqədar Almaniya üçün gələcəkdə “sarsıdıcı hökm” olacağını proqnozlaşdırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB