İndi çıxılmaz vəziyyətdə qalan Nikol neyləməlidir?

...bütün bu illər ərzində Ermənistan ABŞ üçün İrana qarşı bir növ kəşfiyyat bazası olub
İndi çıxılmaz vəziyyətdə qalan Nikol neyləməlidir?

...Deyilənlərə görə, Ermənistanı hələ də ittifaq dövləti hesab edən Rusiya Amerika agentlərinin Ermənistandan çıxarılması zərurətini gündəmə gətirib. Qeyd edilməlidir ki, bu məsələdə daha çox İran maraqlıdır və ümumi götürdükdə bu işlər elə məhz onun vasitəsilə həyata keçirilir.

Qeyd edim ki, bu fikirlərə bənzər fikirləri erməni politoloq Andrias Qukasyan da bəyan edir.

...Yəqin, bir müddət bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börns Ermənistanın paytaxtı İrəvanda səfərini xatırlamış olarsınız.

Deyim ki, rəsmi qonağın Ermənistana səfərini yerli erməni mətbuatı daha çox ABŞ-ın Ermənistana verdiyi “dəyər kimi” qələmə veririlər.

Bununla yanaşı, rəsmi qonağın İrəvanda yüksək səviyyəli görüşlər keçirəcəyi deyilsə də, amma Börnsün səfəri ilə bağlı ABŞ-ın Ermənistandakı səfirliyi belə sonradan da heç bir açıqlama-filan vermədi.

Amma səfərlə bağlı müxtəlif ehtimallar da mövcud idi. İndi həmin mövcud ehtimallardan birini də erməni politoloq Andrias Qukasyan yayımlayıb. Məsələn onun ehtimalına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun İrəvana səfərində məqsəd baş nazir Paşinyana Gürcüstana qarşı işləyən Rusiya kəşfiyyatını Ermənistandan çıxarmağı təklifi olub. Əslinə, bu ehtimal həqiqətə bənzəyə bilər.

...Və təbii ki, olanlara bağlı Rusiya passivlik nümayiş etdirə bilməzdi deyə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İrəvandan gedəndən bir müddət sonra, bu dəfə İrəvana Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin varid oldu. İstisna deyil ki, onun İrəvana gəlişi də kəşfiyyatla bağlı öz problemlərini həll etmək idi.

Belə olan halda isə ən maraqlısı Paşinyanla bağlı ola biləcək yaçantılardır. Deyim ki, onun indiki şəraitdə bütün xarici agentləri istisnasız olaraq Ermənistandan çıxarmağa cəhd edəcəyi elə də inandırıcı görünmür.

Yaxşı, belə olan halda Nikol yazıq neyləməlidir? Deyək ki, burada hələlik İranı nəzərə almırıq,.. amma rusları və ya amerikalıları geri çəkə bilməzsə, bu Paşinyan hökuməti üçün çox təhlükəli vəziyyət yarada bilər.

Yenə də erməni politoloqun dediklərinə diqqət çəkək. Məsələn Qukasyan ABŞ-ın uzunmüddətli neytrallığını və Ermənistanda hakimiyyətin formalaşmasına qarışmamasını xatırladır.

Politoloq Vaşinqtonun belə loyallığını bütün bu illər ərzində ABŞ üçün Ermənistanın İrana qarşı bir növ kəşfiyyat bazası olması ilə izah edir. (..maraqlıdır, görən İran, doğrudanmı, bütün bunları görüb-qanmır?-A.B.).

...Və əgər ABŞ üçün Ermənistanda yaradılan bu imkanların itirilməsi və ya hətta məhdudlaşdırılması Amerikanın Ermənistan hakimiyyətinə münasibətdə neytrallığın aradan qaldırılmasına səbəb ola biər.

İstisna deyi ki, bu da Paşinyan üçün ağır nəticələrə gətirib çıxara bilər.

...Hə, indi çıxılmaz vəziyyətdə qalan Nikol neyləməlidir?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə