ABŞ Rusiya neftinin Çinə satışına qarşı sanksiyalar tətbiq etmək istəyir

ABŞ Rusiya neftinin Çinə satışına qarşı sanksiyalar tətbiq etmək istəyir

ABŞ konqresmenləri administrasiyaya Çinin Rusiyadan neft və digər enerji məhsulları almasına qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bloomberg” verir.

Müvafiq qanun layihəsi respublikaçı senatorlar Mark Rubio, Rik Skott və Kevin Kramer tərəfindən hazırlanıb. Sənəd Rusiyadan Çinə neft və ya mayeləşdirilmiş təbii qaz daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı təşkilat üçün cərimələrin tətbiqini nəzərdə tutur.

Qanun layihəsini təqdim edən Rubio vurğulayıb ki, Çin Rusiyanın enerji resurslarını almaqla Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir. “Bu səylərdə onlara kömək edən hər hansı bir təşkilat, o cümlədən Çin dövlət şirkətləri ağır nəticələrlə üzləşməlidir”. Qeyd edək ki, bu fikirləri Mark Rubio bildirib.

“Bloomberg” bu il Rusiya neftinin Çinə idxalı kəskin artdığını xatırladır. Rusiyanın Çinə neft tədarükünün dayandırılması Yaxın Şərq və Afrikadan neft üçün daha sərt rəqabətə səbəb ola bilər ki, bu da potensial olaraq qiymətlərin artmasına səbəb olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə