İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün ölkədə 253 nəfər koronavirusun qurbanı olub. Bu, cari il fevralın 22-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkədə koronavirus qurbanlarının sayı isə ümumilikdə 171 min 232-yə yüksəlib.
Ötən gün 88 min 221 nəfər COVID-19 infeksiyasına yoluxub. Hazırda ölkədə 1 milyon 395 min 433 aktiv koronavirus xəstəsi var ki, onlardan 426-sı reanimasiya şöbəsində müalicə alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB