Ukrayna hərbçiləri Andreevka və Lozovoeni geri alıblar

Ukrayna hərbçiləri Andreevka və Lozovoeni geri alıblar

“...Ukrayna hərbçiləri nəhayət Andreevka və Lozovoeni rus işğalçılarından təmizləyiblər”.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Cənub” Əməliyyat Komandanlığının “Facebook” sosial şəbəkəsindəki səhifəsində xəbər verilib.

Ukrayna aviasiyası yerüstü hücum təyyarələri, bombardmançı təyyarələr və helikopterlərdən istifadə etməklə düşmənə dörd zərbə endirib. Düşmənin Andreevka, Beloqorka və Blaqodatnı bölgələrindəki dayaq məntəqələri vurulub.

“Beləliklə, Andreevka azad edildi və nəhayət, rus işğalçı qoşunlarından təmizləndi. Bir neçə gün əvvəl qoşunlarımızın öz mövqelərini etibarlı şəkildə möhkəmləndirdiyi Lozovoye kimi!” - Əməliyyat Komandanlığının mesajında belə deyilir.

Gün ərzində raket və artilleriya bölmələri Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazilərinin əsas nəqliyyat arteriyalarında atəşə nəzarəti təmin etmiş, ümumilikdə 300 atəş tapşırığı yerinə yetirilmişdir.

Düşmənin təsdiqlənmiş itkiləri: 89 rus işğalçısı, bir T-62 tankı, Msta-S və Msta-B özüyeriyən haubitsaları, Sani minaatan sistemi, iki zirehli bölmə və altı avtomobil texnikası, Beloqorovkada düşmənin bir sursat anbarı məhv edilib.

Bunu da Ukrayna sayıtları bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə