Çexiyanın bir sıra şəhərlərinin hakimiyyət orqanları yerli administrasiyaların binalarından Ukrayna bayraqlarının götürülməsinə qərar verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “iDNES” portalı məlumat yayıb.
Bu arada Naxod şəhər administrasiyasının sözçüsü Nina Adolf yerli sakinlərin özləri meriya binasında Çexiya bayrağının asılmasını xahiş etdiklərini bildirib.
Rus saytlarının yazdığına görə, Çerveni-Kosteleç, Kolin, Çeske Budeyovitse şəhərlərindəki inzibati binalardan Ukrayna bayraqları guya aqtıq götürülüb.
Qeyd üdək ki, bir müddət bundan əvvəl respublikanın baş naziri Petr Fiala Ukraynadakı münaqişənin həllini və ölkənin bərpasını Avropa İttifaqı ölkələrinin “problemlərinin həllinin açarı” adlandırmışdı.
P.S. Artıq məlumat var idi ki, Praqa hakimiyyəti Ukraynadan olan qaçqınların yerləşdirilməsi ilə bağlı problemlərə görə onları qəbul etməyi dayandırmaq qərarına gəlib.
Bunu da rus saytları bildirir
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB