Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə uruqvaylı həmkarı Luis Lakalle Pou ilə danışıqlar aparıb.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski "Telegram” kanalında məlumat verib.
“Bu gün dövlətlərarası münasibətlərin tarixində ilk dəfə Uruqvay prezidenti ilə danışıqlar apardım. Mən beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkür etdim və Latın Amerikası regionunda digərləri kimi Uruqvaydan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi xahiş etdim”, - deyə o bildirib.
Ukrayna prezidenti qeyd edib ki, o, əvvəllər Çili, Paraqvay və Kosta-Rika rəsmilələri ilə ünsiyyətdə olarkən Rusiyanın hərbi əməliyyatı mövzusuna toxunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB