Avropa İttifaqı təbii qaz istehlakını 15 faiz azaltma planını qəbul etdi

Avropa İttifaqı təbii qaz istehlakını 15 faiz azaltma planını qəbul etdi

Avropa İttifaqının (Aİ) Çexiya Dövri Sədrliyi üzv ölkələrin Aİ Komissiyasının təbii qaz istehlakını 15 faiz azaltma planını qəbul etdiklərini açıqladı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Aİ Komissiyası enerjiyə qənaət etmək üçün Rusiyanın enerji resurslarından asılılığı və təbii qaz istehlakını 15 faiz azaltmağa razı olub.

Sözügedən mövzuda “twitter” hesabında məlumat paylaşılıb: “Nazirlər gələn qışa qədər qaza olan tələbatı azaltmaq üçün siyasi zəmində razılığa gəldilər”.

Qeyd edək ki, bundan əvvəl plan İspaniya, Yunanıstan, Macarıstan və Polşa kimi ölkələrinin etirazına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə