Ukraynaya əlavə 4 "HIMARS" çatdırılır...

Ukraynaya əlavə 4 "HIMARS" çatdırılır...

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovu Birləşmiş Ştatların ən qısa zamanda Ukraynaya əlavə dörd “HIMARS” yüksək mobil artilleriya raket sistemi təhvil verəcəyinə əmin edib

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Reznikovun “Twitter” mikrobloqunda verdiyi məlumata görə, o, dostu Ostinlə “Ramştayn” formatında dördüncü görüşün nəticələrini müzakirə ediblər.

“Biz bir daha təsdiq etdik ki, bütün tərəflərin üzərinə götürdüyü öhdəliklər Ukrayna ordusunun imkanlarını gücləndirəcək və bizi ümumi məqsədimizə - Ukraynanın qələbəsinə yaxınlaşdıracaq”, - Bunu Reznikov vurğulayıb.

Yeri gəlmişkən, ABŞ Müdafiə Nazirliyinin saytında yer alan məlumata görə, Ostin və Reznikov Ukraynaya davam edən təhlükəsizlik yardımını da müzakirə ediblər. Belə ki, burada Birləşmiş Ştatların Ukraynaya əlavə “HIMARS” yüksək mobil artilleriya raket sistemləri ötürmək öhdəliyi də var.

Qeyd edək ki, Ostin və Reznikov sıx əlaqə saxlamaq barədə də razılaşıblar.

Ukraynanın “UNİAN” agentliyinin məlumatına görə, iyulun 22-də ABŞ-ın Ukraynaya əlavə 270 milyon dollarlıq hərbi yardım paketi təqdim edir ki, bura 4 “HIMARS” və onların sursatları, 36 min artilleriya mərmisi, tank əleyhinə silahlar və 580 “Phoenix Ghost” dronları daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə