Hindistanda saxta içkidən 26 nəfər ölüb

Hindistanda saxta içkidən 26 nəfər ölüb

Ölkənin qərbində yerləşən Qucarat ştatında saxta spirtli içki qəbul edənlərdən ən azı 26-sı ölüb, 30-u xəstəxanaya yerləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qeyd edək ki, Hindistanda hər il istehlak edilən 5 milyard litr spirtin yalnız 40 faizi qanuni istehsal olunur. Hindistanın Bihar, Qucarat, Mizoram və Naqaland ştatlarında spirtli içkilərin istifadəsi və satışı qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə