Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdı

Avropa Şurasının yaydığı məlumata görə...
Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay uzadılmasına qərar verib.

SİA xəbər verir ki, Avropa Şurasının yaydığı məlumata görə, Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalar 31 yanvar 2023-cü ilə qədər uzadılıb.

Rusiyanın Ukraynada sabitliyi pozduğuna əsaslanaraq tətbiq edilən iqtisadi sanksiyaların ilk dəfə 2014-cü ildə başladığı xatırladılan şərhdə Rusiyanın Ukraynaya hücumu ilə fevral ayından etibarən bu sanksiyaların əhatə dairəsinin genişləndiyi bildirilib.

Sanksiyalar artıq maliyyə, enerji, sənaye, nəqliyyat, texnologiya, ikili təyinatlı və lüks mallar da daxil olmaqla, geniş bir sahəyə yayılıb.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi başlayandan Avropa İttifaqı Rusiyaya qarşı 7 sanksiya paketi həyata keçirib. Bu çərçivədə Rusiyadan qızıl, neft və kömür idxalına qadağa qoyulub, bir çox Rusiya bankı beynəlxalq ödəniş sistemi SWİFT-dən çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə