“Lufthansa” 1000-dən çox uçuşunu ləğv edib

“Lufthansa” 1000-dən çox uçuşunu ləğv edib

Almaniyanın milli hava yolu şirkəti “Lufthansa” personalın sabaha (27 İyul) tətil xəbərdarlığı səbəbindən mindən çox reysi ləğv etdiyini açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Şirkətin açıqlamasında “Verdi” həmkarlar ittifaqının sabaha tətil xəbərdarlığına görə Münhen və Frankfurtda bütün uçuş cədvəlinin ləğv edildiyi bildirilib. Qeyd edilib ki, Frankfurtda 32-si bu gün, 646-sı isə sabah olmaqla 678, Münhendə 15-i bu gün, 330-u sabah olmaqla 345 reys baş tutmayacaq. Açıqlamada həmçinin vurğulanıb ki, uçuşların ləğvindən təxminən 134 min insan təsirlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə