“SpaceX” in yaradıcısı İlon Mask “Roskosmos”un Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsindən çıxmaq qərarını şərh edib. Amerikalı iş adamı Rusiyadan olan həmkarlarına “xoşbəxt səyahət” arzulayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, İlon Mask bu gün Rusiya Federasiyasında bloklanmış Twitter-də rusun layihədən çıxması ilə bağlı müvafiq xəbərin altında “Bon voyage”, yəni “yolun açıq olsun” sözlərini yazıb.
Xatıarladaq ki, bir müddət bundab əvvəl “Roskosmos”un rəhbəri Yuri Borisov Rusiya Federasiyasının 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiya layihəsindən çıxacağına
və dörd ildən sonra öz orbital stansiyasının tikintisinə başlayacağını bildirmişi.
...Və sonda xatırldım ki, 1998-ci ilin sonundan fəaliyyət göstərir Beynəlxalq Kosmik Stansiya 14 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir...
...yox, axtarmayın, Azərbaycnın adı bu 14 ölkə arasında yoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB