Yaponiyada 2008-ci ildə cinayət törətmiş şəxs edam edilib

Yaponiyada 2008-ci ildə cinayət törətmiş şəxs edam edilib

2008-ci ildə Akixabara rayonunda kütləvi insan tələfatı törətmiş Yaponiya vətəndaşı Tomoxiro Kato edam olunub.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Qeyd edək ki, Kato 2008-ci ildə yük avtomobilini kütlənin üstünə sürərək 7 nəfəri öldürüb. Bundan sonra avtomobildən düşərək soyuq silahla 8 nəfəri yaralayıb.

2011-ci ildə Kato ölüm cəzasına məhkum edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə