Fransada rusiyalı oliqarxların əmlak araşdırılır...

Fransada rusiyalı oliqarxların əmlak araşdırılır...

Fransanın Maliyyə Prokurorluğu rusiyalı iş adamlarının aktivləri ilə bağlı araşdırmalara başlayıb,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “France-Presse” əldə etdiyi mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, adları açıqlanmayan “Rusiya prezidenti Vladimir Putinə yaxın” olduğu iddia edilən “rus oliqarxları”nın Fransada əldə etdiyi əmlaklarla bağlı istintaq iyulun 1-də başlayıb.

Bu araşdırma Mərkəzi Ağır Maliyyə Cinayətləri İdarəsinə (OCRGDF) həvalə edilib. Agentlik bildirir ki, bu, korrupsiyaya qarşı mübarizə qeyri-hökumət təşkilatı Transparency International (TIF) mayın sonunda Fransada "Vladimir Putinə yaxın iş adamları və yüksək rütbəli məmurlar" tərəfindən çirkli pulların yuyulması ilə bağlı Parisdə şikayət ərizəsi təqdim etdikdən sonra başlayıb.

Rusiyalı iş adamlarına qarşı sanksiyalar fevralın 28-də və martın 15-də tətbiq edilib. Aİ-də bu cür məhdudiyyətlərin rəsmi səbəbi iş adamlarının Rusiya rəhbərliyi ilə yaxınlığı olub. Ümumilikdə, Ukraynada mindən çox şəxsə və 80 təşkilata qarşı şəxsi sanksiyalar tətbiq edilib. Söhbət Rusiya rəhbərliyindən, o cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının bütün üzvlərindən, digər aparıcı siyasətçilərdən, KİV-lərin, Federasiya Şurasının və Dövlət Dumasının təmsilçilərindən, iş adamlarından, iri şirkətlərin rəhbərlərindən gedir.

Şəxsi sanksiyalara Aİ ölkələrinin ərazisinə girişin qadağan edilməsi və aktivlərin dondurulması daxildir. Aİ nümayəndələri dəfələrlə vurğulayıblar ki, Avropa sanksiya rejimləri sanksiyalara məruz qalanların Aİ qərarlarına qarşı Avropa məhkəmələrinə müraciət etmək imkanını ehtiva edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə