Kanadada atışma zamanı 2 nəfər ölüb

Kanadada atışma zamanı 2 nəfər ölüb

Kanadada atışma zamanı 2 nəfər ölüb Bazar ertəsi Kanadanın Britaniya Kolumbiyası, Lenqli şəhərində baş verən atışmada iki nəfər ölüb, eyni sayda insan yaralanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

hücum edən şəxs polis tərəfindən məhv edilib. Bu barədə CBC telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, zərərçəkənlərdən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, digəri ayağından yaralanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Kanal polis sözçüsündən sitat gətirib: “...Hələlik biz bu hadisəyə səbəb olan motivi və ya ölən şübhəli ilə qurbanlar arasında mümkün əlaqələri bilmirik”.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bazar ertəsi səhər tezdən naməlum şəxs “bomjlara” atəş açıb.

Polis hücumun hədəf alındığını vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə