Rumıniyalı nazir Orbanı tənqid edib...

Rumıniyalı nazir Orbanı tənqid edib...

Rumıniya Xarici İşlər Nazirliyi Macarıstanın baş naziri Viktor Orbanın son çıxışını tənqid edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rumıniyanın xarici işlər naziri Boqdan Addresscu deyib ki, Buxarest Avropa həmrəyliyinə və Ukraynaya dəstəyinə təsir edən “qeyri-adekvat fikirləri” bölüşmür.

“...Hər bir dövlət beynəlxalq məsələlərdə öz mövqeyini istədiyi kimi müəyyənləşdirir, lakin bildiyiniz kimi, Rumıniya bizim açıq şəkildə uzaqlaşdığımız bu qeyri-adekvat fikirləri bölüşmür, çünki onlar Ukraynaya dəstək aksiyası ilə bağlı Avropa həmrəyliyinə təsir edir”.

Qeyd edək ki, bunu “Digi 24” telekanalına verdiyi açıqlamaında bildirən rumıniyalı nazir əlavə edib ki, Orban çıxışında Macarıstan rəsmiləri tərəfindən əvvəllər səsləndirilən fikirləri təkrarlayıb, lakin “təəssüf ki, belə ideyalar Rumıniya ərazisindən hamının üzləşməli olduğu mürəkkəb qlobal kontekstdə yayılır”.

Xatırladaq ki, bir qədər əvvəl Viktor Orban, anti-Rusiya sanksiyaların guya Avropanı dörd hökumətdən məhrum edib və onu iqtisadi, siyasi böhrana sürüklədiyini bildirmişdi.

Orbana görə, Avropa İttifaqının Ukrayna münaqişəsinə yeni yanaşmaya ehtiyacı var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə