Polşa qazı Aİ ölkələri ilə bölüşməkdən imtina edir

Polşa qazı Aİ ölkələri ilə bölüşməkdən imtina edir

Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva deyib ki, Polşa digər Avropa İttifaqı ölkələri ilə qaz paylaşmağa razı deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sabah Brüsseldə enerji təhlükəsizliyinə, ən əsası isə qaz mövzusuna həsr olunmuş iclas olacaq. Bizim qaz anbarlarımız, bildiyiniz kimi, bu dəqiqə artıq doludur. Təhlükəsiz çatdırılmamız var. Bu gün artıq məhdudiyyətlər tətbiq edən Avropa İttifaqının 11 ölkəsindən fərqli olaraq, bütün ehtiyaclar ödənilir”.

Moskva qeyd edib ki, Polşanın heç bir məhdudiyyət tətbiq etməsinə ehtiyac yoxdur.

Avropa Komissiyasının qaz istehlakını azaltmaq ideyası "qaz həmrəyliyi üçün yeni mexanizmdir"-deyən nazir vurğulayıb ki, təklif olunan sistemdə Varşava üçün qəbuledilməz bir cəhət var Bu, məcburi azalma mexanizmlərinin tətbiqi cəhdidir” .

Moskva qeyd edib ki, dövlətlər belə bir addımla razılaşmamalıdırlar, çünki qarşıdan gələn qışın necə olacağını heç kim bilmir. Qurum rəsmisi hesab edir ki, indiki vəziyyətdə yalnız ayrı-ayrı ölkələrdə könüllü mexanizmlər və ya qənaətdən söhbət gedə bilər.

Nazirin sözlərinə görə, Avropa Komissiyasının təklifləri nəinki Polşada, hətta Avropa İttifaqının digər ölkələrində də razılığa gəlmir. O, təşəbbüsün əleyhdarları arasında Yunanıstan, Kipr, Malta, Portuqaliya və İspaniyanın adını çəkib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə