Türkiyədə qruplararası dava zamanı iki nəfər ölüb

Türkiyədə qruplararası dava zamanı iki nəfər ölüb

Türkiyədə iki qrup arasında başlayan mübahisə silahlı münaqişəyə çevrilib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib.

Atışma nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Ərazidə araşdırma aparan polis qrupları 30 giliz və 2 tapança aşkarlayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə