“Zelenski insanları ölümə sürükləyir..?”

Sonradan satılmış Kirill Stremousovun ruslara xoş gələcək “açıqlaması”
“Zelenski insanları ölümə sürükləyir..?”

Ukrayna prezidenti Vladimir Zelenskinin hakim rejimi “insanları düşünmədən ölümə sürükləyir”.

Bəli, rus dəsti xəttidir. “RİA Novosti” xəbər verir ki, bu barədə Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Bu günlərdə ukraynalı nasistlər Xerson vilayətinə növbəti uğursuz hücum cəhdi etdilər. Onların hücum cəhdi uğursuz alınıb. Birincisi, Xerson bölgəsi çöldür və Ukrayna ordusunun istənilən hərəkəti uğursuz hücumlarla başa çatır. İkincisi, onların bütün cəhdləri yalnız Ukrayna ordusunun sıralarında ağır itkilərə səbəb olur. Zelenski rejimi sadəcə ağılsızcasına insanları müəyyən ölümə sürükləyir”.

Bunları deyən Stremousov əminlik də bildirib ki, guya Ukrayna hakimiyyəti Qərbdən daha çox pul almaq üçün Xerson vilayətinə münasibətdə vəziyyəti qəsdən gərginləşdirir.

“Xerson vilayətinin yenidən Ukraynanın nəzarətinə keçəcəyi, əks-hücumun olacağı – bunların hamısı fantaziyadır. Xüsusi əməliyyat başlayandan bəri Ukrayna qoşunları tərəfindən heç bir uğurlu irəliləyiş və ya əks-hücum olmayıb”.

Qeyd edilməlidir ki, bunları deyən Kirill Stremousov sonradan satılmışlardandır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə