Rusların “tabut” kompensasiyası üçün avtomobil...

Rusların “tabut” kompensasiyası üçün avtomobil...

Ukrayna hakimiyyəti rus analarını Ukraynada döyüşlərdə həlak olan oğullarının cəsədlərini gəlib aparmağa çağırıb. Amma, nədənsə, onlar bunu etmək istəmirlər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bu barədə “Çikaqo radiosu”na müsahibəsində danışıb.

Arestoviçin dediyinə görə, Ukrayna tərəfi həmişə əsir düşmüş rus əsgərlərinə valideynləri ilə əlaqə saxlamaq imkanı yaradıb. Lakin qarşı tərəfin passivliyi bizə qəribə görünür. Onun sözlərinə görə, müharibə ərəfəsində yalnız bir rus əskər anası oğlunu əsirlikdən almağa hazır olduğunu yazılı şəkildə təsdiqləyib, amma açıq-aydın, qohumları onu fikrindən daşındırıblar və o, heç gəlməyib.

Birinci Çeçenistan Müharibəsini xatırladan Arestoviç o zaman bir çox rus analarının ölən və yaralananlar arasında öz oğullarını axtardıqlarını deyərək, amma indi hər şey başqa cür olduğunu bildirib.

“...Oğul, ər, ata və ya qardaşının ölümündən sonra rusların “tabut” kompensasiyası üçün avtomobil alması ilə bağlı çoxlu hekayələr var. Məhz bu, rusları sadəcə olaraq sərsəmləşdirib, onları mənəvi cəhətdən parçalayıb”.

Bunu da müşavir Aleksey Arestoviç deyib.

Yeri gəlmişkən, martın 3-də prezident Vladimir Zelenski rusiyalı anaları Ukraynaya gələrək ölmüş uşaqlarını götürməyə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə