Mərkəzi Bank ilin sonuna kimi Rusiyada 10 rublluq əskinasların dövriyyəsini bərpa etməyi planlaşdırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mərkəzi Bankın sədr müavini Sergey Belov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Belovun sözlərinə görə, on rublluq əskinaslar metal pulların daha davamlı olması səbəbindən kağız əskinasların emissiyası sərfəli olmadığı üçün istehsalı daha bahalı sikkələrlə əvəz edilib. Belov qeyd edib ki, hazırda əskinasların xidmət müddətini artırmaq imkanı var - xüsusən də bu müddəti 30 faiz uzadan laklanma. Eyni zamanda, onun sözlərinə görə, “2009-cu ildə metalın bahalaşmasından sonra on rublluq sikkənin zərb edilməsi baha başa gəlib”. Odur ki, yeni texnologiyalardan istifadə etməklə kağız əskinasların dövriyyəyə buraxılması “müsbət iqtisadi effekt əldə etməyə” imkan verəcək.
…Bundan başqa, Belovun dediyi kimi, 1998-ci ildən sonra dövriyyəyə buraxılmayan beş rublluq əskinasların çapının bərpası məsələsi də müzakirə olunur. Eyni zamanda, onun sözlərinə görə, metal pulların nominal dəyəri beş və on rubl olan tam dəyişdirilməsindən söhbət gedə bilməz. Əskinaslar və sikkələr eyni vaxtda dövriyyədə olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB