Zəif insanların güclü görünmə təqlidi...

Heç kimin xəyal edə bilmədiyi şeyləri xəyal edib, özlüyündə bunu gerçəyə çevirməyə çalışan dayaz düşüncəli insanlar
Zəif insanların güclü görünmə təqlidi...

“...Boş ümidlərdən və gerçəkləşməyəcək arzulardan uzaqlaşmaq insan üçün ən böyük qazancdır”. İngilis dramaturq və şairi Vilyam Şekspirə məxsusdur bu fikirlər. Gəlin etiraf edək ki, elə bu gün də, bəzən heç kimin xəyal edə bilmədiyi şeyləri xəyal edib, özlüyündə bunu gerçəyə çevirməyə çalışan dayaz düşüncəli insanlar var .

...Bəli, bu dəfə də erməniləri deyirəm.

Deməli, Avropa Komissiyasının sədri Ursula von der Lyayenin Bakıya etdiyi işgüzar səfər ermənilərə necə od qoyubsa, hələ də özlərinə gələ bilməyiblər.

Qeyd edilməlidir ki, Lyayenin Bakıya işgüzar səfərində artıq bir həftə ötsə də, erməni saytları hələ də bu məsələyə münasibət bildirməyə ara vermirlər.

Günahlandırmağa, adam gəzirlər. Erməni rəhbərliyini naşılıqda ittiham edirlər. Nikolun kadrlarını ölkə siyasətini düzgün qurmamaqda günahlandırırlar.

Amma bütün bunlarla yanaşı onlara rahatlıq verməyən əsas sual budur: ...niyə Avropa Komissiyasının sədri Ermənistanı ayaqlayaraq, Azərbaycana gedir?

Axı, biz regionun, nəinki regionun bəlkə də dünyanın ən “demokratik ölkə”lərindən biriyik.

Maraqlıdır ki, ermənilər özlərinə...elə özlərinə də məxsus təskinlik verməyi də unudmurlar.

Azərbaycanın, guya heç kimə maraqlı olmadığını deyirlər. Bakının bir az nefti qaldığını və o da “qurtarandan sonra” Cənubi Qafqazda bütün vəziyyətin Ermənistanın xeyrinə dəyişəcəyini bildirirlər. Yəni “Ermənistana tərəf böyük bir dönüş” olacaq.

Bəli...onda demokratik dünya nəhayət aydın görməyə və başa düşməyə başlayacaq ki, Cənubi Qafqazın yeganə “demokratik” dövləti kimi sırf Ermənistandan pay götürmək lazımdır.

...Hələ bu harasıdır, sən demə, dünya 44 günlük müharibədə demokratik bir ölkəyə, Ermənistana qarşı edilən “haqsızlığa” görə, rəsmi Bakıya sanksiyalar tətbiq etməyə məcbur olacaq.

Hətta dünya Azərbaycanı işğal etdiyi “torpaqlardan çıxmağa belə məcbur edəcək”.

Hə, deyim ki, ermənilərə görə, Azərbaycan hələ bununla da “canını qurtara bilməyəcək”. Dünya rəsmi Bakını “artsax”a təzminat ödəməyə və onun “müstəqilliyini” tanımağa məcbur edəcək.

Dardüşüncəli erməniyə görə, guya “bu, artıq demokratik Qərb üçün şərəf məsələsi olacaq”. Çünki Ermənistan regionda demokratiyanın dirijoru kimi iqtisadi inkişaf baxımından da birinci yeri tutacaq. Buna artıq sözün də qurtardığı yer demək olar.

...Abırsızlıq, utanmazlıq, arsızlıq, ədəbsizlik, sırtıqlıq...görən yaradanın ermənidən əsirgəmədiyi bir şey qaldımı? Gərək ki, amerika filosof Erik Hofferin fikridir, o deyir ki, “...həyasızlıq zəif insanların güclü görünmə təqlididir”.

..Məncə, filosofun fikrində elə də təhrifə yol vermədim.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə