Almaniya prezidenti Frank-Valter Ştaynmayer Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda Avropanın birləşməli olduğunu bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Paderborn şəhərində çıxışı zamanı deyib.
“Gənc nəsillər Soyuq Müharibənin qayıdışını böyük fəlakət hesab etməyə bilər, lakin yaşlılar hələ də belə bir vəziyyətin, xüsusən də Avropadakı insanlar üçün nə qədər kövrək və təhlükəli olduğunu xatırlayırlar. Rusiyanın hərbi əməliyyatı Avropanın birliyinə qarşı müharibədir. Biz özümüzün bölünməsinə icazə verə bilmərik”, – deyə Almaniya prezidenti vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB