İranın BMT yanında yeni səfiri təyin edilib

İranın BMT yanında yeni səfiri təyin edilib

İran prezidenti İbrahim Rəisinin fərmanı ilə İran İslam Respublikasının 8 yeni səfiri təyin edilib.

SİA xəbər verir ki, Əmisəid İrəvani İranın Nyu-Yorkda BMT yanında daimi nümayəndəsi və səfiri, Əli Bəhreyni isə ölkənin Cenevrədə beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib.

Bundan əlavə, Mahmud Adib, İrac Elahi, Müctəba Əmani, Məcid Qafele-Başi, Hüseyin Qəribi və Xəlili Sədati İranın Gürcüstanda, Hindistanda, Livanda, Çexiyada, Polşada və Syerra-Leonedə səfirləri təyin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə