Avropa İttifaqı Nigeriyadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü artırmaq niyyətindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Premium Times” yazır.
Avropa Komissiyasının Energetika Departamentinin baş direktorunun müavini Metyu Bolduin Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından sonra Avropanın “qazla bağlı çıxılmaz vəziyyətə düşdüyünü” deyib.
Bununla əlaqədar olaraq, Aİ Nigeriyadan mayeləşdirilmiş təbii qazın idxalının həcmini artırmağı planlaşdırır.
Bolduin qeyd edib ki, hazırda Nigeriya Avropa İttifaqının qaza olan ehtiyaçının 14 faizini təmin edir. Eyni zamanda, Nigeriyadan tədarük edilən bütün qazın 60 faizi Avropaya göndərilir. Bolduin bu payın böyüməsini istəyir.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Burbok Rusiya Federasiyasından gələn qaz çatışmazlığı ilə bağlı “Alman üsyanı” ilə bağlı sözlərini izah edib. Burbok əlavə edib ki, o, Rusiyadan qaz nəqlinin qəfil dayandırılması halında Almaniyada iğtişaşların baş verə biləcəyi ilə bağlı qəsdən şişirdilmiş ifadə seçib.
…Yəni yalan danışıb?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB