Almaniya Ukraynaya dəstəyi dayandıracaq?

Almaniya Ukraynaya dəstəyi dayandıracaq?

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok ölkəsində qaz çatışmazlığı təqdirdə Ukraynaya dəstəyi dayandıracağını təsdiqləyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbri “The Spectator” jurnalı yayıb.

Bu arada Britaniya nəşri Burboku Rusiya prezidenti Vladimir Putinə kömək etməkdə ittiham edir. Məqalənin müəllifi Katya Hoyer vurğulayır ki, siyasətçi komandasının “Şimal axını” üçün turbininin Rusiyaya qaytarılması xahişi ilə Kanadaya müraciəti Putinin əlinə keçib. Alman diplomatı öz hərəkətlərini onunla əsaslandırıb ki, əgər kanadalılar imtina etsələr, o halda Almaniya qaz ala bilməyəcək və sonradan böyük sosial iğtişaşlar səbəbindən Ukraynaya kömək edə bilməyəcək.

Hoyer hesab edir ki, Almaniya hakimiyyəti qarşıdan gələn enerji böhranı səbəbindən çaxnaşmaya məruz qala bilər. Onun fikrincə,Almaniya hələ də açıq şəkildə əsəbidir. Belə ki, onun qışdan sağ çıxması üçün kifayət qədər qaza sahib olub-olmayacağı hələ də bəlli deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə