Bu həftə Donbassda ABŞ, Kanada və İsveçdən olan bir neçə muzdlu öldürülüb. Onlar Ukraynanın tərəfində döyüşüblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” “Politico” qəzetinə istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu məlumatı əcnəbi döyüşçülərin komandiri Ruslan Miroşniçenko verib. O bildirib ki, ölənlər amerikalılar Lucişine və Brayan Yange, kanadalı Emil Antuan Roy-Sirois və isveçli Edvard Patrinyanidir.
Qəzet qeyd edir ki, muzdlular “xüsusi əməliyyat dəstələri”nin tərkibində olub və iyulun 18-də Qriqoryevka kəndi yaxınlığında atışma zamanı həlak olublar.
Qeyd edilir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi bu yaxınlarda Donbassda iki Amerika vətəndaşının öldürülməsi ilə bağlı məlumatı təsdiqləyib. Lakin o, ölənlərin adlarını açıqlamayıb.
Bu arada Rusiya Müdafiə Nazirliyinin təxminən 7107 əcnəbi muzdlunun Rusiya ordusu ilə qarşılaşmaq üçün Ukraynaya gəldiyini deyir. Deyilənlərə görə, guya bu gün Ukrayna Silahlı Qüvvələrində 5000-dən az muzdlu əsgər qalıb.
“...Belə görünür ki, ruslar bir azdan onların da axırına çıxacaq..?”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB