“Artıq ət almırıq, çünki pul azdır”

Erməni istehlakçılar ərzaq qiymətlərinin artmasından şikayətlənirlər
“Artıq ət almırıq, çünki pul azdır”

Ermənistanda ərzaq məhsullarının bahalaşması dayanmır. Belə ki, hələ iyun ayına olan məlumata görə, ərzaq qiymətləri 17,4 faiz artıb ki, bu da bu ilin ən yüksək göstəricisidir.

Ermənilər şikayətlənib deyirlər ki, son vaxtlar un və dənli bitkilər 20,5 faiz, pendir və kəsmik 24,8 faiz, makaron məmulatları isə 30 faizə yaxın bahalaşıb.

O da bildirilir ki, il ərzində tərəvəzin qiyməti təxminən 50 faiz artıb. Həmin dövrdə…həyətdə bitən meyvənin qiyməti isə 16 faizdən çox bahalaşıb.

Ermənistan “Xəbərləri-NEWS.am” saytının əməkdaşı ölkədə artmaqda olan inflyasiyanın onların rifahına necə təsir etdiyini öyrənmək üçün vətəndaşlar arasında sorğu keçirib. Təbii ki, əhali arasında narazılıq baş alıb gedir. Məsələn, yerli edrmənilərdən birinin dediyinə görə, bu gün Ermənistanda inflyasiya artıq adi bir hadisəyə çevrilməkdədir. Belə ki, əgər əvvəllər 10.000 drama nə isə almaq olurdusa, amma indi bunun üçün 20.000 dram ödəməyə məcbursan. Əslində bu da kifayət etmir.

…İndi kərə yağının bir kilosunu 2700 drama alırıq. amma əvvəllər biz ona 1500 dram ödəyirdik.

“…Artıq ət məhsullarını almırıq, çünki pul azdır”. Bunu da həyatlarından gileyli ermənilər deyirlər.

Etiraf edək,.. təbii ki, bu gün inflyasiya təkcə elə Ermənistanda baş vermir. Belə ki, bahalaşma artıq dünyanın əksər ölkələrində müşahidə edilməkdədir. Amma həmən ölkələrin əksəriyyəti ermənilərdən fərqlı olaraq, çıxış yolunu öz təbii resursları hesabına nail olmağa çalışırlar.

Ermənistan isə, hələ də xaricdən göndəriləcək ianələrə ümidlidir. Bununla belə, bu ölkə, qonşu ölkələrlə münasibətlər qurmağa da can atmır. Təbii ki, buna görə yenə də sonda “yanan sadə ermənilər”2 olacaq.

Qeyd edək ki, bu gün Ermənistanın kənar tərəflərin köməyi olmadan ayaqda durması elə də inandırıcı görünmür. Çünki bu ölkə həmişə ələbaxan olub. Müqayisə üçün deyim ki, hələ sovetlərin mövcudluğu illərində Ermənistan 15 müttəfiq respublikalar arasında hənişə 14-cü yerdə qərarlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə