Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Macarıstanın baş naziri Viktor Orbanı “Rusiya təbliğatında” ittiham edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RBC xəbər verir.
Nikolenkonun sözlərinə görə, Orbanın anti-Rusiya sanksiyalarının Moskvanı sarsıtmadığına dair açıqlamaları “Rusiya təbliğatının klassik nümunəsidir”. Ukrayna Xarici İşlər Nazirliyi hesab edir ki, Rusiya Federasiyasına qarşı məhdudiyyətlər Kremlin xüsusi əməliyyat keçirmək imkanlarını xeyli dərəcədə azaldıb.
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Orbanın Kiyevə silah tədarükünü dayandırmaq çağırışını da pisləyib ki, bu da baş nazirin fikrincə, münaqişəni yalnız uzadır.
Xatırladaq ki, bir qədər əvvəl Viktor Orban anti-Rusiya sanksiyaların Avropanı dörd hökumətdən məhrum edərək, onu iqtisadi və siyasi böhrana sürüklədiyini demişdi.
Orbanın fikrincə, Avropa Birliyinə Ukrayna münaqişəsinə yeni yanaşma lazımdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB