Haitidə silahlı toqquşmalar zamanı onlarla insan öldürülüb

Haitidə silahlı toqquşmalar zamanı onlarla insan öldürülüb

Haitinin mərkəzində yerləşən Ptit-Rivyer kommunasında cinayətkar dəstələr arasında baş verən qarşıdurma nəticəsində azı 21 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “TeleSUR” telekanalı məlumat yayıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, ölənlərin bəziləri dəstə üzvləri olmayan yerli sakinlərdir.

Bundan əvvəl aidiyyəti qurumlar ötən həftə Karib hövzəsi ölkəsində cinayətkar dəstələr arasında baş verən toqquşmaların qurbanlarının sayının 300-ə yaxın olduğunu bildirmişdilər. Haitinin paytaxtı Port-o-Prens şəhərinin ətraf qəsəbələrinin bir neçə min sakini evlərində mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə