Çinin ABŞ dövlət borcuna investisiyası son 12 ildə ilk dəfə olaraq 1 trilyon dollardan aşağı düşüb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bu barədə “RİA Novosti”yə köşə yazarı Nataliya Dembinskaya məlumat verib.
Beləliklə, onun sözlərinə görə, burada əsas səbəb Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarıdır. Məhz onların üzündən əsas ehtiyat valyutaya inam sarsıldı və bu, Çin hökumətini ABŞ-ın dövlət borcuna investisiyalardan tədricən imtina etməyə məcbur etdi.
Onu da qeyd etmək yerinə düşər ki, Pekinin milli ehtiyatlarında ABŞ dollarının payının azalması daha əvvəllər başlayıb. Yəni ötən dörddəbir əsrdə bu rəqəm 56 faizə qədər azalıb.
Dembinskayanın dediyinə görə, ÇXR-in ABŞ Xəzinədarlıq istiqrazlarında saxladığı trilyon tədricən “əriyir”. Çinlilər investisiya portfelini aktiv şəkildə diversifikasiya edir, yəni dollarla rəqabət aparmaq və qeyri-sabitliklə üzləşən digər iqtisadiyyatları dəstəkləmək üçün yuanda valyuta ehtiyatı yaradırlar.
Qeyd edək ki, bir müddət bundan əvvəl “The New York Times” ABŞ-ın xarici siyasətinə kimin nəzarət etdiyi barədə məqalə dərc etmişdi. Yazı müəllifi indi Cozef Bayden administrasiyasının Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinə uyğunlaşmağa məcbur olacağını bildirirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB