Britaniyanın həftəlik “The Spectator” jurnalının müəllifi Katya Hoir Almaniyanı “Putinin tələsinə” düşdüyündən yazıb.
Deməli, ingilis jurnalistin fikrincə, Rusiya Almaniyaya qazı çox uzun müddətdir və vicdanla tədarük edir ki, alman hakimiyyəti riskləri qiymətləndirmək vərdişini itirib. Nəticə etibarı ilə indi onların “qaz” asılılığından necə qurtulacağına dair nə imkanları var, nə də anlayışı.
Burada ingilis yazarın yazdıqlarından belə başa düşülür ki, guya dünənə qədər dünyanın əksər bölgələrində formalaşan “rusların ipinin üstünə odun yığmaq olmaz” deymi yalandan başqa bir şey deyilmiş. Yəni rusların ipinin üstünə odun da yığmaq olarmış, hələ bir rus humanizminin ən bariz nümunəsindən yararlanıb, bu odunu onlara daşıtdırmaq da olarmış...
Əvvəla deyim ki, bunu oxuyub və ya eşidən ruslar adətən Katya Hoir kimilərinə öz aralarında “eşe zelıy”, yəni hələ kaldır deyirlər.
Nə isə, ardına baxaq...
Deməli, Katya Hoirin yazdığından belə başa düşülür ki, yenə də guya Rusiyanın Almaniyaya qarşı planı təsirli olduğu qədər də proqnozlaşdırıla biləndir: Almaniyaya qaz tədarükünü ölkənin işləməsinə imkan verən səviyyədə, lakin qiymət artımı və qeyri-müəyyənlik yarada biləcək qədər aşağı səviyyədə saxlamaq.
Bununla yanaşı, ingilis yazar Kremlin bu taktikada uğur qazanacağına əmindir. Belə ki, onun fikrincə, bu gün almanlar arasında ictimai əhval-ruhiyyə artıq aşağı düşüb. Və hətta son sorğu göstərib ki, almanların əksəriyyəti iqtisadi sanksiyaların onlara Rusiyadan daha çox zərbə vurduğuna inanırlar.
...Yəqin Katya Hoir, hazırda Rusiyanın istehsal etdiyi qazı “sırımaq üçün” alıcı gəzdiyindən xəbərsiz olmaz. Ona görə də, Rusiyanın Almaniyaya qaz nəqlini dediyiniz kimi, hansısa “səviyyədə(?) saxlaması”, bu Kremlin humanizmi yox, yaxınlarda meydana çıxa biləcək oyunlarından biri olacağına şübhə yeri qoymur.
...Amma Katyanın “rus humanizmi” barədə düşündükləri tam başqa bir şeydir. Məsələn, “rus humanizminə” dair bir nümunə təqdim edirəm: belə ki, rəsmi olaraq verilən xəbərlərə görə, ötən gün mindən artıq “nəzarətsiz uşaq” Ukraynadan Polşaya aparılıb. Deyim ki, burada “nəzarətsiz” deyimi, bu uşaqların artıq valideynlərinin həyatda olmamasını, yəni loru dillə desək yetim qaldıqlarından xəbər verir.
Təbii ki, bu nümunə hazırda Ukraynaya “nüfuz edən” “rus humanizmi”nin birinci olmadığı kimi, sonuncu nümunəsi olmayacağına dəlalət edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB