ABŞ prezidenti Cozef Bayden 300 kilometr mənzilli “HIMARS” reaktiv yaylım atəş sistemlərini Kiyevə vermək niyyətində deyil, çünki Vaşinqton üçüncü dünya müharibəsindən qaçmağa çalışır.
SİA xəbər verir ki, “RİA Novosti” agentliyi bunu milli təhlükəsizlik müşaviri Ceyk Sallivana istinadən xəbər verir.
“...Bəzi vəsaitlər var ki, prezidentin dediyi kimi, onları verməyə hazır deyil. Onların arasında 300 kilometr uzaqmənzilli “ATACMS” raketləri də var. O hesab edir ki, ABŞ-ın əsas məqsədi Ukraynanı dəstəkləmək və müdafiə etmək üçün lazım olan hər şeyi etmək olsa da, başqa bir vəzifə üçüncü dünya müharibəsinə girəcəyimiz vəziyyətə düşməməkdir”.
Qeyd edək ki, Sallivan bunu Aspen Təhlükəsizlik Forumunda bildirib. .
Qeyd edək ki, Vaşinqton Kiyevə 80 kilometr mənzilli “GMLRS” raketləri verib. Onu da bildirək ki, bundan əvvəl ABŞ Ukraynaya 12 “MLRS HIMARS” raketləri verib və daha dörd belə sistem verəcəyini də elan edib.
Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynaya verdiyi 4 ədəd “HIMARS MLRS” buraxılış qurğusunu yüksək dəqiqlikli silahlarla məhv etdiyini deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB