Xəbər verildiyi kimi, bazar ertəsi Pakistanın Maçka qəsəbəsi (şimal-şərq Pəncab əyaləti) yaxınlığında Hind çayında qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü yerli hakimiyyət orqanlarına istinadən “Dawn” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə baş verən ərazidə sayı 20 nəfərdən çox olan itkinlərin axtarışı üçün əməliyyat davam edir.
Qəzet axtarış işlərinə hərbçilərlə yanaşı yerli sakinlərin də qatıldlğını bildirir.
Xatırladaq ki, hadisə baş verən günü “Dawn” nəşri qəzada ölənlərin 19 nəfər olduğunu bildirirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB