Tehranda keçirilәn üçtәrәfli zirvә toplantısı

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Tehranda keçirilәn üçtәrәfli zirvә toplantısı

Tehranda keçirilәn yeddinci Astana sammiti Suriya mәsәlәsindә Türkiyә, Rusiya vә İranı yenidәn bir araya gәtirdi. Tərəflər arasında Suriyanın ərazi bütövlüyü, terrorla mübarizə, siyasi həll prosesi və ölkənin yenidən qurulması ilə bağlı razılığın әldә olunduğu müşahidә olunur. Ancaq tәrәflәr Suriyada hәrbi әmәliyyatın keçirilmәsi mәsәlәsindә fәrqli mövqelәr tutmağa davam edirlәr.

Suriyada qarşıdurmaların azaldılmasından sonra atəşkəs və siyasi həll prosesini idarə etmək üçün irəli sürülən Astana prosesi indiyə qədər arzulanan bir çox hәdәfә nail ola bilmәsә dә, müәyyәn xәtlәrdә gərginliyin azaldılmasına imkan yaradıb. Ancaq üzün müddәt Astana prosesinin qarant ölkәlәri olan Rusiya vә İran Әsәd rejiminin hәrbi hәll yolu axtarışlarını dәstәklәmәyә davam etdilәr. Xüsusilә İdlibdә müxaliflәrә qarşı hәrbi әmәliyyatlar hәyata keçirәrәk bu bölgәni әlә keçirmәyә çalışdılar. Türkiyә hәyata keçirdiyi Bahar qalxanı әmәliyyatı ilә bunun qarşısını ala bilmişdi. Hazırda Ukrayna müharibәsinin yaratdığı yeni geosiyası vәziyyәt Suriyadakı güc balansını da dәyişdirmәyә başladı.

Bu çәrçivәdә Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Tel Rıfat və Münbiç kimi bölgələrdə hərbi əməliyyat planlaşdırdığını açıqlayıb. Putin vә Rәisi Türkiyәnin mümkün әmәliyyatının qarşısını almağa çalışır. Tehranda keçirilən danışıqların əsas gündəliyi bu idi. Üç ölkәnin bu məsələdə razılığa gələ bilmәdiklәri müşahidә olunur. Türkiyə Rusiya və İranla münaqişə istəməsə də, PKK ilə mübarizə və hərbi əməliyyatlarda israrlı və qətiyyətli mövqeyini qoruyur. Qısa və orta müddətdə Suriyada yeni əməliyyat keçirilә bilәr. Mümkün hərbi əməliyyat ilk mərhələdə Prezident Rәcәb Tayyib Әrdoğanın da ifadə etdiyi kimi, Tel Rıfat və Münbiç bölgәlәrindә keçirilә bilәr, lakin PKK/YPG-nin öz mövcudluğunu davam etdirdiyi Fərat çayının şərqindəki bölgələr dә orta və uzun müddәtdә hәdәf alına bilәr. Türkiyə heç bir halda cənub sərhədlərində terror zolağının yaradılmasına icazə verməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə