"Qazprom”un qaz təchizatı müqavilələri çərçivəsində elan etdiyi fors-major hallar məhkəmə çəkişmələrinin predmetinə çevrilə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Almaniyanın “Uniper” enerji şirkətinin rəhbəri Klaus-Diter Maubax deyib.
Maubax “Uniper”in “Qazprom” ilə əlaqələrinin yenidən qiymətləndirilməsindən bəhs edib, o şirkətinin son hadisələrlə bağlı məruz qaldığı itkiləri gözlənilməz adlandırıb və bütün bunların məhkəmələrə səbəb ola biləcəyini deyib.
Xatırladaq ki, iyulun 14-də “Qazprom” ən azı üç alıcıya məktub göndərərək, gözlənilməz hallar səbəbindən uzunmüddətli qaz tədarükü müqavilələrinə əməl etməyin mümkün olmadığını bildirib.
“Uniper” səlahiyyətlisi “Reuters” agentliyinə istinadən xəbər verir ki, söhbət “Şimal axını” kəməri ilə iyun və iyul aylarında yanacaq tədarükünün azaldılmasından gedir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB