ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın dediyinə götə, hazırda ABŞ və onun müttəfiqləri Rusiya neftinin dünya bazarlarına çıxarmayacaqları təqdirdə, neftin dəyərinin yenidən artmağa başlayacağını düşünürlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz dünya bazarında Rusiya neftinin mövcudluğunu görməliyik, əks halda onun çatışmazlığı qiymətlərin yeni artımına səbəb olacaq”. Rus saytlarının yazdığına görə, bunu Nuland bildirib.
O, vurğulayıb ki, Vaşinqton və müttəfiqlərinin fikrincə, Rusiya neftinin qiymətinə qoyulan məhdudiyyət elə olmalıdır ki, Moskva üçün “qara qızıl”ın satışından əldə olunan gəliri məhdudlaşdırsın. Amma bununla yamaşı onu bu resursun dünya bazarlarına tədarükünü davam etdirməyə həvəsləndirsin.
Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Bankının sədri Elvira Nabiullina Rusiya Federasiyasından neftin ixracına qiymətlərin yuxarı həddinin tətbiqinin mümkünlüyünün dünya qiymətlərinin artmasına səbəb olacağını bildirmişdi.
Bundan əvvəl isə ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo Rusiyadan neftin qiymət limitinə dair razılığın bu ilin dekabrına qədər əldə ediləcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB