Yaponiya Rusiyanın Kuril adalarında silahlarının sayını artmasından narahatdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin illik hesabatında – “Ağ kitab”da deyilir.
“Rusiya Silahlı Qüvvələrinin Yaponiya ətrafında hərbi aktivliyində artım, eləcə də Uzaq Şərqdə ən son növ silahların yerləşdirilməsinə davam etmək tendensiyası var. Bu tendensiyaları yüksək narahatlıqla izləmək lazımdır”, – sənəddə vurğulanır.
Hesabatda Rusiya-Çin birgə təlimləri, xüsusən Yaponiyanın ərazi sərhədinə bitişik rayonlarda patrul aparılması qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB