“Philip Morris” şirkəti Rusiyanı tərk edir

“Philip Morris” şirkəti Rusiyanı tərk edir

ABŞ-ın Philip Morris International (PMI) tütün konseri ilin sonunadək Rusiya bazarını tərk edə bilər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu şirkətin icraçı direktoru Yaçek Olçak “Bloomberg“ agentliyinə müsahibəsində bildirib.

“Biz Rusiyada işlərimizi başa çatdırmaq üçün səylə çalışırıq. Düşünmürəm ki, rüb sonunadək gedə bilərik. Zənnimcə, ilin sonunadək Rusiyadan getməklə bağlı razılığa gələ biləcəyik” – deyə Olçak qeyd edib.

Rusiya bazarını tərk edən şirkət Asiya ölkələrinə yönəlməyi planlaşdırır. Hazırda Rusiyada şirkətin 2 fabrikində 3 200 nəfər işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə