....Türkiyə mallarının tədarükünə qoyulan embarqonun götürülməsindən sonra Türkiyənin Ermənistan bazarına ixracının həcmi 10 dəfə artaraq 76 milyon dollara çatıb.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu “Alternativ” tədqiqat mərkəzinin rəhbəri erməni iqtisadçı alim Tatul Manaseryan bildirib.
Amma maraqlıdır ki, hökumətin Türkiyə idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını dəyərləndirən iqtisadçı, təbii ki, “qısqanclığını” gizlətməyib bu qərarı qeyri-ciddi qərar kimi dəyərləndirib. Deyim ki, bunu əvvəllər də digər erməni iqtisadçıları da dilə gətirirdilər.
Amma, əvvəllər olduğu kimi, elə indi də başqa variant təklif edə bilmirdilər.
Beləliklə, Manaseryana görə, adətən Ermənistan kimi iqtisadiyyatı kiçik olan ölkələr sonradan bunun “altını çəkirlər”. Yəni loru dildə desək bu halda yerli istehsalın inkişafı ölür, başqa dillə desək yerli iqtisadiyyat şoklara məruz qalır. Məhz bu mənada erməni iqtisadçı qeyd edir ki, bir çox biznes qurumları Türkiyə idxalına qoyulan embarqoya görə yerli istehsalı stimullaşdırmaq üçün ciddi investisiyalar, o cümlədən kredit yüklərini artırıblar.
Manaseryanın, təbii ki, səmimi olmasa da, amma hər halda etirafına görə, embarqonun ləğvindən sonra bütün mallar cərgəsində Türkiyənin ekspansiyası qaçılmaz olub. Maraqlıdır ki, Manaseryan Türkiyənin ciddi rəqabətədavamlı iqtisadiyyata malik olduğunu, burada inkişaf etmiş Avropa və Amerika şirkətlərinin filiallarının fəaliyyət göstərdiyini, ondan fərqli olaraq Ermənistanın təsəvvür edə biləcəyi heç nə olmadığını da etiraf edir.
“...Mən miqyasını, istehsalın maya dəyərini, dövlət yardımı mexanizmlərini demirəm. Və bu şəraitdə milli və iqtisadi təhlükəsizlik haqqında düşünməmək uzaqgörənlikdir”, - deyə o bildirir.
Qeyd edilməlidir ki, Manaseryan elə yaxın gələcəkdə Ermənistanın Türkiyə bazarından asılılı olacağını da istisna etmir.
Əslində, etiraf edilməlidir ki, elə dünənəcən, Ermənistan Rusiya bazarından asılı idi. Doğrudur, Ermənistan bazarlına ucuz Çin malları da, az da olsa, daxil ola bilmişdi. Amma hələ o vaxt, embarqo götürülməmişdən əvvəl də Türkiyə malları dizayn və keyfiyyətinə görə, həm Rusiya, həm də Çin mallarını üstələyirdi. Qeyd edilməlidir ki, bunu təkcə, erməni iş adamları deyil, elə bu malları satan erməni satıcıları da etiraf edirdilər: “...düşmənimiz də olsa, amma istehsal mallarına söz ola bilməz...
Xatırladaq ki, 2021-ci ilin dekabrın sonunda Ermənistan dövlət səviyyəsində Türkiyə mallarının idxalına embarqonun müddətinin uzadılmaması qərara alınmışdı. Ermənilərin dediyinə görə, il ərzində türk mallarına qoyulan qadağanın həm müsbət, həm də mənfi təsirləri oldu. Belə ki, müsbət cəhət kimi ölkədə yüngül sənaye, tikinti materialları və mebel istehsalı, eləcə də kənd təsərrüfatı sektorunda bir sıra yeni və ya genişləndirilmiş sənaye sahələri yaradıldı(?).
...Amma erməni etirafına görə, embarqonun əsas mənfi nəticəsi istehlak mallarına təsir edən inflyasiyaya əhəmiyyətli təsir göstərməsi oldu. Təsadüfi deyil ki, embarqonun mövcudluğu dövründə, erməni iş adamları türk mallarının idxalına qoyulan qadağanın ləğvi üçün dəfələrlə hökumətə müraciətlər ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB