Odessada Malinovski rayonu administrasiyası yaxınlığında foto və video çəkdirən qadın saxlanılıb.
SİA-nın rusdilli Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə jurnalistlərə Odessa Şəhər Şurasının Bələdiyyə Təhlükəsizlik Departamentindən məlumat verilib.
Qeyd olunur ki, Malinovski rayon administrasiyasında “Bələdiyyə Mühafizəsi” bələdiyyə müəssisəsinin əməkdaşları bir müddət içəri girmədən inzibati binanın ətrafında gəzərək foto və videoçəkilişlər aparan qadının videomüşahidəsi aparılıb.
Sinradan isə qadın saxlanılıb. Onun mobil telefonuna baxış keçirilərkən inzibati binanın ərazisinin və inzibati binanın özünün fotoşəkilləri, zənglər arasında Rusiya nömrələri və sosial şəbəkə qrupları aşkar edilib.
Polis əməkdaşları gəldikdən sonra qadın hüquq-mühafizə orqanlarına təhvil verilib. Tapılan bütün videomateriallar da işə əlavə olunub.
Qeyd edək ki, Ukrayna saytlarının yazdığına görə, “şpion” kimi tutulan bu qadın ukraynalılar üçün elə də yünilik deyil. Çünki bundan əvvəl də Nikolayev vilayətində ruslara material ötürən “şpion” həbs edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB