Rusiyaya qarşı sanksiyaların yeddinci paketi dərc edilib

Rusiyaya qarşı sanksiyaların yeddinci paketi dərc edilib

Avropa İttifaqı Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı sanksiyaların yeddinci paketini dərc edib. SİA bu barədə rus saytlarına istinad edir.

Sanksiya siyahısına Rusiya baş nazirinin birinci müavini Andrey Belousov, Moskva meri Sergey Sobyanin, Dövlət Dumasının deputatı Adam Delimxanov, Uşaq Ombudsmanı Mariya Lvova-Belova, Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilev, Baş Prokurorluğun keçmiş rəhbəri, daimi Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka, “Rostec” şirkətinin rəhbəri Sergey Çemezovun oğlu daxil edilib.

“Rossotrudniçestvo”, “Sberbank”, “Yunarmiya” hərbi-vətənpərvərlik hərəkatı, “Russkiy mir” Fondu və Qorçakov adına İctimai Diplomatiya Fondu, habelə aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov da sanksiyalara məruz qalıb.

Bundan əlavə, iyulun 22-dən Avropa İttifaqı Rusiya qızıl və zərgərlik məmulatlarının alınması, idxalı və ya ötürülməsinə qadağa qoyur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə