...Deməli, rus saytlarının yazdığına görə, “Global Times”ın Çin nəşrinin ekspertləri ABŞ-ın hazırkı xarici siyasətindən danışıblar. Onların fikrincə, Vaşinqton məhdudlaşdırıcı tədbirlərlə təkcə Rusiyanı deyil, Avropanı da zəiflətməyə çalışır. Beləliklə, SİA bu barədə rus saytlarına istinad edir.
Analitiklər vurğulayırlar ki, Avropa İttifaqında qiymətlərin daim artdığı, enerji resursları ilə bağlı problemlərin mövcud olduğu, iqtisadi inkişaf tempinin aşağı düşdüyü bir vaxtda Moskva bütövlükdə sanksiyalar zərbəsinə tab gətirə bilib.
Ekspertlərin fikrincə, ABŞ Avropa İttifaqı alətlərinin köməyi ilə Rusiyanı hər cür zəiflətməyə çalışır. Eyni zamanda, Vaşinqton “Brüsselə nəzarət etmək üçün Moskvadan da istifadə edir”. Beləliklə, Amerika siyasətçiləri “bir daşla iki quş vurmağa çalışırlar”.
Bununla yanaşı ekspertlər ABŞ-ın Ukrayna münaqişəsindən xeyli pul qazandığını da deyirlər. Bundan əlavə, onlar avropalı siyasətçilərin ABŞ-ın maraqları çərçivəsində hərəkət etmələrini təmin edə biliblər.
Məhz bu mənada Avropa İttifaqının liderləri indi vəziyyətin xüsusiyyətlərini tam anlamağa başlayıblar. Belə ki,.. Avropa İttifaqı artıq başa düşüb: “Avropasız mövcud olan Rusiya deyil,..Avropa Rusiyasız mövcud ola bilməz”.
Dryəsən, rus saytları burada barıdı bir az artırırlar axı...
...Yenə də rus saytlarının yazdlğına görə, ekspertlər həmçinin qeyd ediblər ki, məhz mövcud vəziyyəti dərk etdiyi üçün Brüssel artıq tətbiq olunan sanksiyaları mərhələli şəkildə ləğvinə başlayıb.
Hə, deyim ki, bunu doğru deyirlər. Belə ki, bir müddət bundan əvvəl Avropa İttifaqı Şurası məhsul və neftin daşınması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin yumşaldıldığını elan etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB