Belarus prezidenti Aleksandr Lukaşenko NATO ölkələrini nüvə müharibəsi uçurumuna getməmək üçün fürsətdən istifadə etməyə, Ukraynadakı münaqişəyə son qoymağa çağırıb.
SİA bu barədə rus saytlarına istinad edir.
...Lukaşenko üzünü Qərbə tutaraq “...istəsəniz, sizin üçün, sonu yaxşı olacaq. Bu andan yararlanın. NATO, amerikalılar, xüsusilə avropalılar, qulaq asın, niyə Avropada öz xalqınızı, fransızları, almanları və başqalarını belə vəziyyətə (...burada deyəsən əziyyətə demək isyəyir) saldınız. Yaxşı, niyə?! Gəlin, sülh içində yaşayaq!".
Qeyd edək ki, Lukaşenkonun “Agence France-Presse” agentliyinə verdiyi müsahibəsindəki bu fikirlrində... Sizi bilmirəm, amma mən plagiatlığı “göydə tutdum”. Gərək ki, bundan sonra pişik Leopold sual da edir: "Uşaqlar, siz nə düşünürsünüz?"
...Təbii ki, indi bunlar burada xırda məsələlərdəndir...
...Gəlin dayanaq, sonra necə yaşayacağımızı anlayaq. Bəlkə də qarşıdakı illərdə elə vaxt gələcək ki, insanlar sərhədləri belə düşünməyəcəklər. (...maraqlıdır, görən onda Ukrayna olacaq?) Ona görə də gəlin dayanaq. Yəni daha uzağa, - nüvə müharibəsi ilə uçuruma getməyə ehtiyac yoxdur.
...Yaxşı danışır,..deyəsən burada "yaxşı danışır" da plagiat oldu axı..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB