Belarus Ukraynada nə texnika, nə də canlı qüvvə ilə döyüşmür, lakin onun ərazisindən Ukrayna hərbi obyektlərinə zərbələr endirilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Frans Press” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, profilaktik məqsədlə edilib. "Niyə sərhəddə dörd diviziya yerləşdirdilər? Niyə bizi nişan aldın? Demək istəyirsən ki, belarus xalqının başına raketlər düşməyə başlayana qədər oturub gözləməlidir? Xeyr. Ruslar öz bölmələrini qorumaq üçün Belarus ərazisindən zərbələr endirdilər”.
Bunları Lukaşenka bildirib. Qeyd edək ki, onun dediklərini “BELTA” agentliyi yayımlayıb.
“...Mən Rusiyanı dəstəkləyirəm ki, onlar sizi qabaqlayıblar. Rusiya hərbçiləri bu anı əldən versəydilər, bu halda Ukraynanın deyil, NATO qoşunlarının böyük zərbəsi ilə üzləşməli olacaqdılar. İndi Ukrayna müharibədə deyil, indi siz orada müharibə edirsiniz: muzdlu və silahlarınızla. Deməli, siz məndən də böyük təcavüzkarsınız”.
Bunları da Belarus prezidenti bildirib. Deyəsən...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB