Putin “çox sağlamdır...”

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, saçlarının çoxunu Rusiya və İran nümayəndələri ilə danışıqlardan ağardığını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Börns Rusiya lideri Vladimir Putin və İranın ali lideri Əli Xamneyinin fotolarına baxanda nostalji hisslər keçirmədiyini də bildirib.

“Çünki ağarmış saçlarımın çoxu illər ərzində ruslar və iranlılarla aparılan danışıqlar nəticəsində yaranıb”,

Qeyd edək ki, “RİA Novosti” bu fikirləri Aspen Forumunda keçirilən tədbirdə Börnsün sözlərindən sitat kimi gətirib.

Yeri gəlmişkən, bütün deyilənlərə rəğmən, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Putinin “çox sağlam olduğunu” da bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə