Rusiyanın itkiləri 15 min ölü olaraq qiymətləndirilir

Rusiyanın itkiləri 15 min ölü olaraq qiymətləndirilir

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns Birləşmiş Ştatların Rusiyanın Ukraynadakı itkilərinin “15 min ölü və təxminən üç dəfə çox yaralı” olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu Aspendə keçirilən təhlükəsizlik forumunda “CBS News”un müxbiri Oliviya Qazisə istinadən bildirib.

“ABŞ kəşfiyyat cəmiyyətinin son hesablamalarına görə, 15,000 ölü və təxminən üç dəfə çox yaralı var”-deyə bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynanın itkilərindən də danışıb. Onun sözlərinə görə, bu münaqişədə ukraynalılar da əziyyət çəkirlər. Burns ukraynalıların itkilərinin rusların itkilərinən bir az az olmasına baxmayaraq, amma bunları əhəmiyyətli itkilər kimi dəyərləndirib.

Bu arada Rusiya qoşunları Ukraynanın şərq bölgəsini ələ keçirmək üçün səylərini cəmləyiblər.

Ukrayna Silahlı Qüvvələri gün ərzində Xarkov vilayətində, Kramatorsk istiqamətində işğalçıların hücumlarını dəf ediblər.

Ukrayna müdafiəçiləri ölkənin cənubunda əks-hücum fəaliyyətlərini davam etdirirlər. Bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Xersonda düşmənin hərəkəti üçün vacib olan Antonovski körpüsünü zədələyiblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində əks-hücum üçün hazırlığın ikinci mərhələsinə başlayıblar.

Ağasəf Babayev

ölü olaraq qiymətləndirilir

Bütün xəbərlər Facebook səhifəmizdə