İyulun 20-də İtaliya parlamentinin yuxarı palatası olan Senatda keçirilən Baş nazir Mario Draqinin rəhbərlik etdiyi koalisiyalı hökumətlə bağlı etimad səsverməsi yekunlaşıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ümumilikdə 192 senatordan 133-nün iştirak etdiyi səsvermədə 67 faizlik səs çoxluğu təmin olunub. 95 senator Mario Draqi hökumətinə dəstək ifadə edib, 38-i lehinə səs verib.
Senatın sədri Maria Elisabetta Alberti Kasellati “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Lega” partiyalarının üzvlərinin səsvermədə iştirak etmədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB