400 nəfər təxliyə edilib
Moskvada binada yanğın olub...

Moskvanın Leninski prospektində yaşayış binasının damında güclü yanğın baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə administrasiyası öz saytında məlumat yayıb.

Səlahiyyətlilərin məlumatına görə, yanğın səkkiz mərtəbəli binanın damında baş verib. Hazırda xilasedicilər binadan 400-ə yaxın insanı təxliyyə ediblər, 1 nəfər xilas edilib.

“RİA Novosti” xəbər verir ki, ümumilikdə, 130-a yaxın insan və 38 texnika yanğını söndürür. Yanğın sahəsi 1000 kvadratmetrdir.

Yeri gəlmişkən iyulun 11-də Moskvanın mərkəzindəki Spiridonovka küçəsində Sovet İttifaqının marşalı Georgi Jukovun yaşadığı evdə güclü yanğın baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə